“Su təsərrüfatı sahəsində fəaliyyətimə son verdim, Dövlət Su Ehtiyatları Agentliyi ilə yollarımız ayrıldı”.
“AzPolitika” xəbər verir ki, bunu adıçəkilən qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, tanınmış jurnalist Anar Cəbrayıllı özünün “Facebook” səhifəsində yazıb.
“Ötən 13 il yarımda çətin, çətin olduğu qədər də şərəfli və savab sayılan bir işlə məşğul oldum. Bu müddətdə tanıdığım və tanımadığım minlərlə insana yardımçı oldum. Kimliyindən asılı olmayaraq bütün müraciətlərə həssaslıqla yanaşdım, şənbə-bazar, bayram, məzuniyyət, iş və ya qeyri-iş vaxtı demədən hansısa müraciəti cavabsız qoymadım, dövlət müəssisəsinin əməkdaşı olaraq insanlara xidmətdən qürur duydum. Eyni zamanda mürəkkəb və çoxşahəli istehsalatla yaxından tanış oldum, hər bir sahəni öyrənməyə çalışdım və xeyli təcrübə qazandım”, - o əlavə edib.
Anar Cəbrayıllı bundan sonra hansı sahədə çalışacağını açıqlamayıb. “Qısamüddətli istirahətdən sonra yola davam”, - deyə postunu yekunlaşdırıb.
“AzPolitika.info”


Şərhlər
Mirşahinin astar üzü...
Ölkənin ən korrupsioner strukturunda qazandığın "təcrübəni"n nədən ibarət olduğunu haram maaşınla aldığın Rəng Roverdən, mülkündən bəllidir. Sənin mənsub olduğun cameənin nümayəndəsinin sualına verdiyin " məşhur" cavab bu gün də YouTube də qalır və "təcrübənə" işıq saçır. Hələ bir utanmadan özünə bir nekroloq da yazırsan..