Menu

Bakıda Azərbaycan-Rusiya Universiteti yaradılacaq

19.08.2024, 17:01
Bakıda Azərbaycan-Rusiya Universiteti yaradılacaq

Rusiya Azərbaycanla çoxşaxəli və dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir.

APA xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlardan sonra mətbuata bəyanatında bildirib.

"Biz qarşılıqlı fəaliyyət üçün geniş imkanları müzakirə etdik. Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 18 faiz artıb. Rusiya şirkətlərinin işi üçün yaradılan şəraitə görə Azərbaycan hakimiyyətinə təşəkkür edirik", - Putin vurğulayıb.

O, 8000-dən çox azərbaycanlının Rusiyanın ali məktəblərində təhsil aldığını açıqlayıb. Əlavə edib ki, 1000-dən çox tələbə dövlət büdcəsi hesabına təhsil alır.

Putin Bakıda Azərbaycan-Rusiya Universitetinin yaradılacağını vurğulayıb:

“Biz bu gün geniştərkibli danışıqlarda Bakıda Azərbaycan-Rusiya Universitetinin yaradılması təşəbbüsünü müzakirə etdik. Azərbaycan prezidenti bu ideyanı dəstəklədi. Ümid edirəm ki, bunu tezliklə həyata keçirəcəyik. Bizim tərəfimizdən bu işə Sankt-Peterburq Dövlət Universiteti qoşulmağa hazırdır".

Şərhlər

AMIN 2024-08-19 20:24:59

bu murdar,paxil ruslar..biz ne TUrkiye ile birlikde ne edirikse ..tez onun kimi de mecbur edirer ruslarla edek.
Geceler yata bilmir putin, SHusa da Turkiye konsuluqu var axi

Müəllim 2024-08-19 17:56:36

Var də!Slavyan universiteti.Mockva lLomonosov Universitetinin filialı və sair. Bu univerisitet azarından qurtarmaq vacibdir.Səviyysiz təhsillə gənclərimizi məhv etdiyimizi anlamalıyıq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol