Menu

Türkiyədə genişmiqyaslı əməliyyat keçirilib

20.08.2024, 09:42
Türkiyədə genişmiqyaslı əməliyyat keçirilib

Türkiyədə genişmiqyaslı əməliyyat keçirilib, minlərlə qanunsuz odlu silah müsadirə olunub.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

O bildirib ki, 81 vilayəti əhatə edən “Mercek-23” əməliyyatı beş gün davam edib.

Əməliyyat nəticəsində ümumilikdə 2269 silah, o cümlədən, 1289 sənədsiz tapança, 387 işlək vəziyyətə gətirilmiş tapança, 32 uzun lüləli tüfəng, 561 sənədsiz ov tüfəngi müsadirə olunub. 2439 şübhəli haqqında hüquqi prosedurlar icra edilib, şübhəlilərdən 127-si saxlanılıb.

Qeyd olunub ki, ən çox qanunsuz silah İstanbulda ələ keçirilib.

A.Yerlikaya sənədsiz silah saxlayanlara qarşı əməliyyatların davam edəcəyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol