Menu

Ukrayna ordusu 30-a yaxın İran dronunu zərərsizləşdirib

20.08.2024, 14:07
Ukrayna ordusu 30-a yaxın İran dronunu zərərsizləşdirib

Ukrayna 30-a yaxın İran dronunu məhv edib

Ötən gecə Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri Rusiya tərəfindən atılan İran istehsalı 26 ədəd "Şahid" dronundan 25-ni vurub.

"AzPolitika" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Bildirilib ki, Ukrayna qüvvələri "Şahid" dronları ilə yanaşı bir ədəd “İsgəndər-K” və iki ədəd “X-59” raketini də zərərsizləşdirib.

Qeyd olunub ki, Rusiya ordusu dron və raketlərlə Ukraynanın Kiyev, Dnepropetrovsk, Nikolayev, Xerson, Vinnitsa, Xmelnitski, Kirovoqrad, Sumi və Çerniqov əyalətlərini hədəfə alıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol