Menu

Tayvan sınaq meydançasında raket təlimləri keçirib

20.08.2024, 14:21
Tayvan sınaq meydançasında raket təlimləri keçirib

Tayvan meydançasında düşmən qırıcılarının və sursatlarının tutulmasını simulyasiya edən raket təlimləri keçirib. Ada getdikcə daha iddialı olan Çinə qarşı döyüş effektivliyini artırmağa çalışır.

Bu barədə “AzPolitika” “Arab News”ə istinadla xəbər verir. Xəbərdə bildirilir ki, Pekin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir və adanın ətrafına pilotsuz təyyarələr, döyüş təyyarələri və döyüş gəmiləri göndərməklə hərbi təzyiqi artırıb.

Tayvan müdafiə büdcəsini artırarkən, son illərdə bahalı silahlar alıb.

Hərbçilər Pinqtunq qraflığının cənubundakı Jiupenq bazasından səmaya ABŞ istehsalı olan “Sky Bow III” və “Patriot II” raketləri atıb.

“Bu gün atılan bütün raketlər heç bir problem olmadan hədəflərini vurub. Bu, bizim zabit və əsgərlərimizin təliminin çox etibarlı olduğunu göstərir" – bunu Müdafiə Nazirliyinin sözçüsü Sun Li-Fanq jurnalistlərə açıqlamasında deyib.

Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölməsinin polkovniki Kao Şu-li bildirib ki, təlimin əsas məqsədi qüvvələrin ümumi döyüş effektivliyini artırmaqdır: “Bizim torpağımızı və hava məkanımızı müdafiə etmək qabiliyyətimiz, inamımız və qətiyyətimiz var”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol