ABŞ Prezidenti Co Bayden Amerika ordusuna Rusiya, Çin və Şimali Koreya ilə mümkün koordinasiyalı nüvə münaqişələrinə hazırlıq görməyi tapşırıb.
“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ-nin “The New York Times” nəşr məxfi sənədə istinadla məlumat yayıb.
Xəbərdə Baydenin mart ayında ABŞ-nin çəkindirmə strategiyasını Çinin nüvə texnologiyalarının və silahlarının sürətlə genişlənməsinə diqqət yetirmək üçün yenidən təşkil eməklə bağlı tapşırıq verdiyi iddia edilir.
Xatırladılıb ki, ABŞ Təhlükəsizlik Şurasının silahlara nəzarət və kütləvi qırğın silahlarının yayılmaması üzrə baş direktoru Pranay Vaddi iyun ayında bu sənədə istinad edib.
Xəbərdə Vaddinin Rusiya, Çin və Şimali Koreyanı eyni anda çəkindirmək zərurətindən danışdığı xatırladılıb və əvvəllər Pentaqonda işləyən nüvə strateqi Vipin Naranq da Baydenin yenilənmiş bir sənəd dərc etdirdiyini söylədiyi vurğulanıb.
“AzPolitika.info”


Şərhlər