Rusiya ordusu Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə aparmaq üçün Sovet istehsalı olan təyyarələrini modernləşdirir.
“RİA Novosti” nəşrinin xəbərinə görə, prioritet layihələrdən biri 1979-cu ilə aid Sovet istehsalı “Yak-52” təyyarələrinin modernləşdirilməsidir.

Sözügedən təyyarələrə naviqasiya və uçuş avadanlığı, rabitə kanallarını boğan elektron döyüş sistemi və radarlar transfer ediləcəyi bildirilir.
Məlumata görə, bu təyyarələrdən Ukraynanın hücum və kəşfiyyat PUA-larına qarşı istifadə olunacaq.
“AzPolitika.info”


Şərhlər