Menu

Kursk əməliyyatı Ukraynanın səhvidir? - “Bu qüvvələr Donbasa göndərilsəydi...”

21.08.2024, 16:28
Kursk əməliyyatı Ukraynanın səhvidir? - “Bu qüvvələr Donbasa göndərilsəydi...”

Ukraynanın Rusiyanın Kursk vilayətində iki həftədir davam edən hücum əməliyyatının məqsədi və uğurları ilə bağlı müxtəlif fikirlər var. Bəziləri bunun Ukrayna tərəfindən atılan səhv addım olduğunu, lazımi effekt vermədiyini və Kurska göndərilən qüvvələrlə Donbasdakı şəhərlərin qorunmalı olduğunu deyir.

“AzPolitika” xəbər verir ki, tanınmış ukraynalı hərbi ekspert Aleksandr Kovalenko Kursk əməliyyatını tənqid edənlərə yerli mətbuatda cavab verib: “Kursk əməliyyatı üçün istifadə olunan qüvvə və vasitələrlə Donbassda uğurlu əks-hücum keçirib, məsələn, 1200 kvadrat kilometrdən çox ərazini azad etməyin mümkün olacağını düşünən varsa, onlar hərb elmindən uzaqdırlar”.

Onun fikrincə, Kurska göndərilən qüvvələr Donbasa göndərilsəydi, həmin cəbhədə ciddi ölçüdə heç nə dəyişməyəcəkdi və bu, işğalçı qüvvələrin irəliləməsini cəmi iki həftə ləngidilə bilərdi. Həmçinin, bu qüvvələrlə Donbasda hər hansı uğurlu əks-hücum təşkil etmək mümkün deyildi: “Silahlı qüvvələrimizin Kursk qruplaşması Donbasda işğalçıları iki həftə yubada bilərdi. Başqa heç nə”.

Əvəzində, onun fikrincə, Kursk vilayətində mühüm nəticələr əldə edilməkdədir: “Belqorod bölgəsinə gedən transsərhəd logistikanın, xüsusən də dəmir yolunun tamamilə dağılması. Həmçinin, Rusiya işğalçı komandanlığı istəməsə də bir sıra digər istiqamətlərdən qoşunlarını cəlb etməyə məcburdur və bu proses yalnız artacaq, çünki onlar hələ də Kurskda cəbhəni stabilləşdirməyə nail olmayıblar. Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçən ərazi 1200 kvadrat kilometri ötüb, Qluşkovski bölgəsinin təcrid olunmasını da nəzərə alsaq, bu ərazi tezliklə 1500 kvadrat kilometrə çata bilər. Həmçinin, ələ keçirilən çoxsaylı əsirlərlə mübadilə fondumuzu artırmışıq”.

C.Məmmədov

“AzPolitika.info”

Şərhlər

Yetmalı 2024-08-21 20:20:50

.C.Məmmədov,burnun girməyən yerə başını soxma!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol