Menu

Astaranın 5 kəndində qazın verilişi dayandırılacaq

21.08.2024, 22:07
Astaranın 5 kəndində qazın verilişi dayandırılacaq

Astara rayonunun 5 kəndində qazın verilişi dayandırılacaq.

"Report"un Muğan bürosunun məlumatına görə, rayon ərazisində yerləşən Ərçivan qaz paylayıcı stansiyadan qidalanan Artupa istiqamətində 2000 p/m qaz kəmərinin kipliyə yoxlanılması üçün Artupa, Səncərədi, Alaşa, Züngüləş və Bəndəsər kəndləri olmaqla ümumilikdə 1200 abonentin qaz təchizatının 23 avqust saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol