Menu

Rusiyanın Kalininqraddakı qoşunu “əriyir” - Kurska göndərilirlər

22.08.2024, 14:16
Rusiyanın Kalininqraddakı qoşunu “əriyir” -  Kurska göndərilirlər

Litva Silahlı Qüvvələrinin komandanı Raymundas Vaiksnoras bəyan edib ki, hazırda Rusiya Federasiyasının Kalininqrad vilayətindəki quru qoşunlarında nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur. 

“AzPolitika” xəbər verir ki, xarici KİV-ə açıqlama verən Litva ordusunun komandanı bunu Ukraynanın Kursk vilayətindəki uğurlu hücumu ilə əlaqələndirib.

Bununla belə, onun sözlərinə görə, Kreml Baltik dənizi regionuna nəzarətini saxlamağa çalışır: “Ukraynada müharibə başlayan kimi biz artıq müşahidə etdik ki, Kalininqraddan çoxlu texnika və şəxsi heyətin bir hissəsi köçürülüb... 

Lakin şəxsi heyət rotasiyadan sonra geri qayıtmışdı. İndi isə buradakı Quru Qoşunlarının əhəmiyyətli dərəcədə azalması müşahidə olunur”.

“AzPolitika.info” 

Şərhlər

Oxucu. 2024-08-22 16:39:52

Artıq Kalininqrada qoşun saxlamaq lazım deyil,raketlər bəs edir,açıqlama üçün deyimki,Kalininqradda münaqişə baş versə artıq bu yalnız NATO ilə baş verəcək,ruslar NATO-dan dəfələrlə zəif olduğundan yalnız nüvə başlığından istifadə edə bilərlər və bunu ruslar dəfələrlə deyiblər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol