Ukraynalı millət vəkili Aleksandr Fediyenko Rusiya qüvvələri ilə vuruşan Ukrayna ordusunda minlərlə fərarinin oldğunu deyib.
“AzPolitika” xəbər verir ki, bu barədə “Telegram” hesabından paylaşım edən ukraynalı deputat sözügedən hadisənin Ukrayna ordusunda geniş yayılmış bir problemə çevrildiyini bildirib.
“Rusiya qüvvələri ilə cəbhə xəttində döyüşən Ukrayna ordusunun minlərlə əsgəri postlarını tərk edib. Müxtəlif səbəblərdən mövqelərini tərk edən, lakin geri qayıtmağa və döyüşməyə hazır olan minlərlə fərarimiz var. Bu, həm də ona görə baş verir ki, əsgərlər xəstə qohumlarını ziyarət etmək və ya sadəcə onları görmək istəsələr də, komandirləri buna icazə vermirlər”,-deyə o, bildirib.
Qeyd edək ki, bundan əvvəl parlamentin digər üzvü Ruslan Qorbenko fərarilik edən təqribən 80 min hərbçiyə qarşı cinayət işi açıldığını bildirmişdi.
“AzPolitika.info”


Şərhlər