Menu

Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlanıb

22.08.2024, 20:04
Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlanıb

Azərbaycanın bu il iyulun 1-nə 5 milyard 361,3 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 86,8 %-i elə dollarda olub.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, borcun tərkibində avro 6 %, yapon yeni 3 %, digər valyutalar 0,6 %, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) isə 3,6 % paya malik olub.

Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 48,4 %-ni, sabit dərəcə ilə olanlar isə 51,6 %-ni təşkil edib.

Xarici dövlət borcunun 42,1 %-i 5 ilə qədər olan müddətdə, 49,1 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 8,7 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Xarici dövlət borcunun 64,2 %-i çoxtərəfli maliyyə institutları üzrə, 25,9 %-i xarici bazarda yerləşdirilmiş istiqrazlar üzrə, 9,9 %-i isə ikitərəfli maliyyə institutlarından cəlb edilmiş kreditlər üzrə öhdəliklərin payına düşüb.

Xarici dövlət borcunun 25,9 %-i avrobondlar üzrə, 35 %-i Asiya İnkişaf Bankı üzrə, 16,7 %-i Dünya Bankı üzrə, 22,4 %-i isə digər kreditorlardan cəlb edilmiş öhdəliklər olub.

Xarici dövlət borcunun 40,6 %-i büdcə kəsirinin bağlanılması üzrə hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən, 59,4 %-i isə digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklər olub.

Şərhlər

dadaşyev 2024-08-22 23:06:07

Gen-bol pulumuz olduğu halda bu nə borcdu belə,yüksələ-yüksələ gedir?Yenə qəmin kəm,camaat yaxşı yaşamış olsa,deyərik,a balam,bir az az yeyin də.İşin tərsliyindən millət acınnan günorta durur ki.Aaaa! Pes vallahi yau kardeşim.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol