Menu

Ukrayna ordusu Rusiyada yanğın davam edən neft bazasına təkrar hücum edib

23.08.2024, 10:32
Ukrayna ordusu Rusiyada yanğın davam edən neft bazasına təkrar hücum edib

Ukrayna ordusu Rostov vilayətinin Proletarsk qəsəbəsindəki neft bazasına növbəti dəfə hücum edib.

APA-nın “lenta.ru”ya istinadən məlumatına görə, yerli vaxtla səhər saat 05:00 radələrində baş verən hadisə nəticəsində zərər çəkən olmayıb.

Qeyd edək ki, sözü gedən obyektə ilk hücum avqustun 18-də baş verib. Həmin vaxt başlayan yanğını lokallaşdırmaq mümkün olmayıb. Hazırda onun digər çənlərə keçmə təhlükəsinin olduğu bildirilir.

Hələlik sonuncu hücumla bağlı rəsmi məlumat verilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol