Menu

Masallıda maşın hasara çırpılıb - Ölən var

23.08.2024, 13:55
Masallıda maşın hasara çırpılıb - Ölən var

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Masallı rayonunun Öncəqala kəndi ərazisində qeydə alınıb. 

Rəşid Şəmməd oğlu Məmmədovun idarə etdiyi "Mercedes-Benz" markalı minik avtomobili ilə hərəkətdə olarkən, idarəetməni itirib və yol kənarındakı beton hasara çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol