ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd zamanı mitinqin mühafizəsi ilə məşğul olan Məxfi Xidmətin 5 zabiti, o cümlədən Xidmətin Pitsburq ofisinin rəhbəri məzuniyyətə buraxılıb.
“AzPolitika” xəbər verir ki, bu barədə CBS və Fox telekanalları məlumat yayıb.
İyulun 13-də Pensilvaniya ştatının Butler şəhəri yaxınlığında keçirilən mitinqdə baş verən sui-qəsd cəhdi ilə bağlı hələ də çoxlarının sualları var. Onların arasında əsas sual budur: atıcı Donald Trampın danışdığı yerin qarşısında yerləşən evin damına necə çıxa bilib?
Məxfi Xidmət öz səhvlərini etiraf edən bəyanat yayıb və qurumun rəhbəri Kimberli Çitl istefa verib. Departamentin sözçüsü Entoni Quqlielmi işdə iştirak edən digər agentlərin məzuniyyətə buraxılıb-buraxılmadığnı açıqlamayıb.
Atışma nəticəsində Tramp qulağından güllə yarası alıb, bir mitinq iştirakçısı ölüb, daha iki nəfər yaralanıb. FTB hələ də atəş açdığı iddia edilən 20 yaşlı Tomas Kruksun sui-qəsd motivini müəyyən etməyib.
“AzPolitika.info”


Şərhlər