Dünya bazarında Azərbaycan nefti yenidən ucuzlaşıb.
Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən fins.az-a verilən məlumata görə, dekabrın 8-də Londonda birjasında keçirilən hərraclarda “Azeri Light” markalı neftin 1 barreli 2,33 dollar ucuzlaşaraq 67,65 dollara enib.
Bu nəinki 2014-cü ildə, ümumiyyətlə son 3 il 9 ay ərzində Azərbaycan neftinin ən aşağı qiymətidir. Sonuncu dəfə bu qiymət 2011-ci ilın martında qeydə alınıb.
“Azeri Light” neftinin bu qiyməti neftin büdcədə nəzərdə tutulan qiymətindən 33% aşağıdır. Xatırladaq ki, 2014-cü ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 100 dollar nəzərdə tutulub.
AzPolitika.info-nun məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0.46 dollar ucuzlaşaraq 1 barelə görə 62.59 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.66 dollar ucuzlaşaraq 65.53 dollar olub.

Şərhlər