Menu

ABŞ-dən Ukraynaya yeni yardım - Kiyevə bu silahlar tədarük ediləcək

24.08.2024, 13:00
ABŞ-dən Ukraynaya yeni yardım - Kiyevə bu silahlar tədarük ediləcək

ABŞ Ukraynaya yeni hərbi yardım paketinin veriləcəyini açıqlayıb.

"AzPolitika" xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən açıqlamada yardımın Müdafiə Nazirliyinin inventarından ediləcəyi bildirilib.

Açıqlamada Ukraynaya "HIMARS", artilleriya mərmiləri, "Javelin" və "AT-4" tank əleyhinə raketlər, idarə olunan "TOW" raketləri, o cümlədən təcili yardım, söküntü və tibbi avadanlıq və təlim xidmətləri üçün əlavə sursatların tədarük ediləcəyi bildirilib.

Açıqlamada həmçinin Ukraynanın müstəqilliyinin 33-cü ildönümünü qeyd etdiyi bildirilib və bu yardımın ABŞ-nin Ukraynanın Rusiyaya qarşı müdafiəsinə sadiqlik nümayişi olduğu vurğulanıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol