Hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistanın Baş naziri Nikol Paşinyanın başına alma vuran şəxsin kimliyini müəyyən ediblər.
“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, 9-cu mərtəbəda yaşayan 71 yaşlı Albert Arstamyan Paşinyanı həyətdə görüb və almanı götürərək Baş nazirə tərəf atıb.
İstintaq Komitəsi faktla bağlı Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsi (xuliqanlıq) ilə cinayət işi açıb.
Həmin şəxs saxlanılıb.
“AzPolitika.info”


Şərhlər
Ola bilsin adam itə balkondan daş atmaq istəyib,balkonda daş olmayıb,əlinə alma keçib,tərs kimi də o anlar oradan Paşinyan keçirmiş,it qaçıb,Paşinyanın başına düşüb alma.Nəticə etibarilə fərqi yoxdu,onun başı,ya bunun başı və ya həkimbaşı,eyni şeydi.