Menu

"Makron, Fransadan rədd ol!" - Dmitri Medvedev

25.08.2024, 17:50
"Makron, Fransadan rədd ol!" - Dmitri Medvedev

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev zarafatla Fransa Prezidenti Emmanuel Makronu ölkədən qaçmağa çağırıb.

D.Medvedev bu barədə özünün "X" hesabında yazıb.

"Makron, Fransadan rədd ol! Durovun ordusu artıq sənin arxanca gəlir" , - D.Medvedev göz yaşları ilə gülüş emojisi əlavə edərək bu cümləni tamamlayıb.

Qeyd edək ki, "Telegram"ın təsisçisi Pavel Durov dünən Parisdə saxlanılıb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi, pedofiliya, çirkli pulların yuyulması və oğurlanmış malların idarə edilməsində ittiham olunur.

Şərhlər

Tahir 2024-08-25 20:04:32

Makaronun qəbri qazılıb, kəfənə bükülüb, gətirib qoyulub qəbrinin kənarına.... Bir yüngül "təpik vurub" qəbrə yumalamağı qalıb, bu bəlli... Maraqlısı bu alkaş, sərsəm, dümbələk Dimadır. Adam məəttəl qalır ki, bu təfəkkürdə birisi Rusiyanın 5 il prezidenti olub. Burdan çıxış edərək demək olar ki, hətta oranqutan da Rusiyaya prezidentlik edə bilərmiş. Bir az uğurlu müqayisə olmasa da faktiki belədir....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol