Menu

Nəsiman Yaqublu ilə vida mərasimi keçirilib - FOTO

26.08.2024, 12:40
Nəsiman Yaqublu ilə vida mərasimi keçirilib - FOTO

Ötən gün qəzaya düşərək vəfat edən tarixçi-professor, deputatlığa namizəd Nəsiman Yaqublu ilə vida mərasimi keçirilib.

“Report” xəbər verir ki, mərhumun evində baş tutan mərasimdə yaxınları, ictimaiyyət nümayəndələri, həmkarları iştirak edib.

Vida mərasimi başa çatdıqdan sonra mərhumun nəşi Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqlardan birində dəfn olunmaq üçün yola salınıb.

Xatırladaq ki, Bakı Dövlət Universitetində müəllim işləyən Nəsiman Yaqublu tarixçi-professordur. O, Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəd olub və Zəngilandan seçicilərlə görüşdən qayıdan zaman yol qəzasına düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol