Menu

"Kosmik Qüvvələrin Milli Qvardiyasını yaratmağın vaxtı çatıb" - Tramp

27.08.2024, 09:13
"Kosmik Qüvvələrin Milli Qvardiyasını yaratmağın vaxtı çatıb" - Tramp

ABŞ-da Respublikaçıların namizədi Donald Tramp prezident seçiləcəyi təqdirdə ölkədə Kosmik Qüvvələrin Milli Qvardiyasını yaradacağına söz verib.

APA xəbər verir ki, Tramp bu barədə Miçiqan ştatının Detroyt şəhərində çıxışı zamanı danışıb.

Siyasətçinin sözlərinə görə, ABŞ Kosmik Qüvvələrinin əsas döyüş ehtiyatı kimi Kosmik Qüvvələrin Milli Qvardiyasını yaratmağın vaxtı çatıb. Buna görə də o, prezident olduqdan sonra bu qvardiyanı yaradan tarixi qanunu imzalayacaq.

O həmçinin ABŞ ordusunun gücləndirilməsinə, o cümlədən pilotsuz təyyarələrin istehsalına, robot texnikasına, süni intellektin inkişafına və hipersəs silahlarına investisiyalar vəd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol