Menu

“Mütləq cavab verəcəyik” - Ukrayna Rusiyaya cavab zərbəsi hazırlayır

27.08.2024, 13:47
“Mütləq cavab verəcəyik” - Ukrayna Rusiyaya cavab zərbəsi hazırlayır

“Biz Rusiyaya mütləq cavab verəcəyik, insanlığa qarşı cinayətlər cəzasız qala bilməz”.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın son kütləvi raket hücumuna dair paylaşdığı müraciətində deyib.

O, qeyd edib ki, Ukraynada rusların gecə hücumu nəticəsində azı 4 nəfər ölüb, 16 nəfər yaralanıb. Prezidentin sözlərinə görə, bölgələrdə dağıntılar olan yerlərdə xilasetmə əməliyyatı hələ də davam edir: “Təəssüf ki, hava hücumundan müdafiə qüvvələrimizin effektiv işinə baxmayaraq, 4 nəfər həlak olub, 16 nəfər yaralanıb”.

Qeyd edək ki, bundan öncə Ukraynanın Müdafiə naziri Rüstəm Ömərov da Rusiyanın son raket hücumuna tutarlı cavab veriləcəyini və bu zaman Ukraynanın özünün raketlərindən istifadə olunacağını deyib. Həmçinin, Ukraynanın Qərb tərəfdaşları arasında Kiyevə Rusiyanın dərinliklərinə raket zərbələri endirməsinə dair məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı müzakirələrin intensivləşdiyi qeyd edilir. Rusiyanın son raket hücumu bu müzakirələri yenidən aktuallaşdırıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol