Menu

Ukrayna Belqorodda sərhədi yarmağa çalışır - Qızğın döyüşlər gedir

27.08.2024, 14:00
Ukrayna Belqorodda sərhədi yarmağa çalışır - Qızğın döyüşlər gedir

Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətində sərhədi yarmağa çalışır. Ərazidə qızğın döyüşlər gedir.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya hərbi kanalları məlumat yayıb.

Xəbərdə deyilir ki, xüsusilə, Nexoteyevka qəsəbəsi yaxınlığında Ukrayna Silahlı Qüvvələri 200 nəfərlik qüvvə və bir neçə piyada döyüş maşını ilə irəliləyir. Rus qoşunları artilleriya atəşi ilə cavab verir.

Eyni zamanda, 300-ə yaxın ukraynalı əsgər Şebekino keçid məntəqəsinin yaxınlığından sərhədi keçib və orada da aktiv döyüşlər gedir. Rusiya mətbuatı yazır ki, Rusiya tərəfi Ukrayna Silahlı Qüvvələri qrupuna havadan atəş açır.

Bu xəbərləri Belqorod vilayət qubernatoru Vyaçeslav Qladkov da öz “teleqram” kanalında təsdiqləyib. O, deyib ki, “sərhəddə vəziyyət çətin olaraq qalır, lakin nəzarət altındadır”. Qladkov döyüşlərin hansı sərhəd bölgələri yaxınlığında getdiyini dəqiqləşdirməyib.

Rusiya Müdafiə Nazirliyi isə Belqorodda baş verənlərlə bağlı susur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol