Dünən Ukrayna Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ən kütləvi hava hücumuna məruz qalıb.
"AzPolitika" xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Məlumata görə, Ukrayna ordusu son iki gündə baş tutan hücumlarda 100-dən çox İran dronunu vurub
Belə ki, ötən gecə Ukrayna ərazisinin növbəti kütləvi atəşə tutulması zamanı ölkənin Hava Hücumundan Müdafiə Qüvvələri İran istehsalı olan 81 ədəd “Şahid-136/131” dronundan 60-nı məhv edib.
Bundan əvvəl isə Rusiya ordusuna məxsus 109 “Şahid-136/131” pilotsuz uçuş aparatından 99-u, eləcə də müxtəlif təyinatlı 102 raket məhv edilib.
"AzPolitika.info"


Şərhlər