Menu

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu - Müdafiə Nazirliyindən açıqlama

28.08.2024, 09:49
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu - Müdafiə Nazirliyindən açıqlama

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, avqustun 28-i saat 06:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol