Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin birinci kurs tələbəsi Ümid Bayramlı vəfat edib.
"AzPolitika" xəbər verir ki, bu barədə universitetin sosial media hesablarında paylaşım edilib.
Paylaşımda universitet rəhbərliyinin və kollektivinin tələbənin vaxtsız vəfatından kədərləndiyi, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verdiyi bildirilib.



Şərhlər