Menu

Melaniya Trampla görüşdə Rusiyanı kimlər təmsil edəcək? - Açıqlama

04.11.2026, 18:51
Melaniya Trampla görüşdə Rusiyanı kimlər təmsil edəcək? - Açıqlama

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev və Ombudsman Yana Lantratova ABŞ-nin birinci xanımı Melaniya Trampla keçirilə biləcək görüşdə Rusiyanı təmsil edə bilərlər.

"AzPolitika" APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

Onun sözlərinə görə, bu, görüş üçün zəruri olan bütün logistika məsələlərinin razılaşdırılması mümkün olacağı təqdirdə baş tuta bilər.

Peskov mümkün görüşün təşkili ilə bağlı yekun qərarın logistika məsələlərinin həllindən asılı olduğunu vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol