Menu

BMT Qəzzada humanitar yardım maşınlarının hərəkətini dayandırıb

29.08.2024, 11:44
BMT Qəzzada humanitar yardım maşınlarının hərəkətini dayandırıb

BMT-nin Ümumdünya Ərzaq Proqramı Qəzza zolağı boyunca humanitar yardım avtomobilləri də daxil olmaqla, bu quruma məxsus nəqliyyat vasitələrinin hərəkətini dayandırıb.

APA-nın “BBC“yə istinadən xəbərinə görə, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qərar avqustun 27-də humanitar yardım karvanını müşayiət edən avtomobilin atəşə tutulmasına cavab olaraq verilib.

Qurum həmçinin, İsrail hökumətini bu silahlı insidenti araşdırmağa çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol