«Toyuq ətini maya dəyəri 3 dollar olduğu halda 1 dollara necə satmaq olar?»
Аzərbaycan müstəqillik dövründə ilk dəfə quş əti ixracına başlayıb. Respublika Quşçular Cəmiyyətində bundan xəbərdar deyillər. Gömrük Komitəsinin məlumatına görə, bu ilin 9 ayında Çinə (4,5 ton) və Tailanda (159,9 ton) təzə və dondurulmuş broyler tədarük edilib. Bir ton məhsul 1000 dollara satılıb. Çin məhsulu demək olar ki, havayı alıb - tonu 200 dollara.
RQC sədri Aydın Vəliyev Turan-a deyib ki, Azərbaycandan quş əti ixracı barəd deyilənlər həqiqətə uyğun deyil. «Toyuq ətini maya dəyəri 3 dollar olduğu halda 1 dollara necə satmaq olar?», deyə o təəccüblənib. Vəliyevin sözlərinə görə, broyler fabrikləri ixracata hazırlaşır, bu məqsədlə RF-dən mütəxəssislər gəlib. Hələlik Rusiyanın broyler məhsulu alacağını demək tezdir, deyə o bildirib.

Bu il 1 kq quşçuluq məhsulu 71.3 sentə idxal edilib. Ötən il bu göstərici 76,8, 2012-ci ildə 73 sent olub. Pərakəndə satışda bu mal 6 dəfə baha satılır. Dövlətstatkoma görə, ölkədə quşçuluq məhsuluna tələbat ildə 100 min ton və ya 1 nəfər 10,5 kq-dır.
Toyuq ətinin həm ixrac,həm də idxal qiymətlərinin belə aşağı olmasının gömrükdəki maxınasiyalarla bağlı olması şübhə doğurmur. Hər halda heç kim xaricə toyuq ətini kiloqramı 20 sentdən, yəni təxminən 15 qəpikdən ixrac etməz. Amma gömrükçülərimiz iddia edir ki, Azərbayçanan Çinə məhz bu qiymətdən quş əti göndərilib. Absurd olsa da, təəccüblü deyil. Gömrükçülərimizin fantaziyası imkan verir ki, qiyməti bundan da aşağı göstərsinlər.

Vaqif
AzPolitika.info
QEYD: Hörmətli Oxucu! Saytımızdakı reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…

Şərhlər