Menu

Rusiya Azərbaycanın BRİCS-ə üzvlüklə bağlı müraciətini dəstəkləyir

29.08.2024, 18:37
Rusiya Azərbaycanın BRİCS-ə üzvlüklə bağlı müraciətini dəstəkləyir

Rusiya Azərbaycanın BRİCS-ə üzvlüklə bağlı müraciətini dəstəkləyir.

Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O, Rusiyanın Azərbaycanın təşkilata üzvlüklə bağlı müraciətindən çox şad olduğunu söyləyib. "Biz Azərbaycanın BRİCS-ə üzvlüklə bağlı müraciətini dəstəkəyirik. Azərbaycan güclü namizəddir. Azərbaycanın üzvlüyü sözsüz ki, təşkilata əlavə dinamika gətirəcək", deyə rusiyalı nazir müavini vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol