Menu

Bakıda keçiddəki məşhur ticarət mərkəzi bağlandı - VİDEO+FOTOLAR

30.08.2024, 10:19
Bakıda keçiddəki məşhur ticarət mərkəzi bağlandı - VİDEO+FOTOLAR

Bakı Metrosunun "20 Yanvar" stansiyasının yeraltı keçidlərində fəaliyyət göstərən mağazalar fəaliyyətini dayandırıb.

"APA-Economics" in əməkdaşının məlumatına görə, bu gün səhər saatlarında mağazalar bağlı olub. Sahibkarların bildirdiyinə görə, qərar dünən axşam saatlarında verilib. Bildirilib ki, mağazaların hansı səbəbdən bağlanması bəlli deyil.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "APA-Economics"ə bildirib ki, 20 Yanvar və Cəfər Cabbarlı metro xətlərindəki keçidlərdəki obyektlərin onlara heç bir aidiyyəti yoxdur.

Bakı Şəhər İcra Hakimiyyətindən də keçidlərdəki mağazaların onlara aidiyyatı olmadığı bildirilib.

Mağazaların bağlanmasının səbəbləri barədə digər qurumlar də hələlik açıqlama yaymayıb.

Şərhlər

Salam 2024-08-30 11:52:30

Müvəqqəti bağlanıb yəqin ki Cop 29 dan sonra açılacaq

Savalan 2024-08-30 11:20:06

Necə yəni,Metropoliten deyir bizə aidiyyəti yoxur.Bakı şəhər icra hakimiyyəti deyir bizim deyil.Bəs kim bu qədər keçidləri işğal edib insanların keçidinə mane olur,.ticarət təşkil edib pul qazanır. Bu ölkənin vergisi,polisi,nəzarət orqanları niyə yoxdur.Varsa hanı və bu özbaşnalıq nədir???Kim buna cavab vermlidir? Bir mənalı olaraq yığışdırılmalı və keçidlər təmizlənməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol