Menu

“Buna Ukrayna özü qərar verməlidir...” - Çexiya Prezidenti

30.08.2024, 10:58
“Buna Ukrayna özü qərar verməlidir...” - Çexiya Prezidenti

“Qərbin verdiyi silahlardan necə istifadə edəcəyinə Ukrayna özü qərar verməlidir”.

“AzPolitika” xəbər verir ki, bunu Çexiya Prezidenti Peter Pavel deyib.

Onun sözlərinə görə, bu yanaşma bütün silahlara, o cümlədən də “F-16” qırıcılarına aid edilməlidir: “Əgər biz BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən Ukraynaya hərbi əməliyyatlarda birbaşa iştirak etməklə deyil, maddi təchizatla kömək ediriksə, o zaman bu silahdan necə istifadə edəcəyinə qərar vermək Ukraynanın işidir".

Çexiya Prezidenti qeyd edib ki, Rusiya Ukraynaya hücum etməsəydi, Ukrayna hərbçiləri Rusiya ərazisində yerləşən hədəflərə hücum etməli olmazdı.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol