Demokratların prezidentliyə namizədi Kamala Harris seçkinin taleyində mühüm rol oynayan 7 ştatda Donald Trampı ya üstələyir, ya da onunla bərabər səs toplayır.
“AzPolitika” xəbər verir ki, bunu “Bloomberg” nəşri “News/Morning Consul”-un sorğusuna istinadla bildirib.
Hazırkı vitse-prezident yeddi ştatda qeydə alınmış seçicilər arasında 2 faiz bəndi ilə liderdir.
Jurnalistlər həmçinin Harrisin Corciya və Nevada kimi ştatları “oyuna qaytardığını” qeyd edirlər. Xüsusilə də Harrisin hal-hazırda 2 faiz bəndi ilə Şimali Karolinadakı üstünlüyü önə çəkilir. Belə ki, 2008-ci ildə Barak Obamadan sonra orada Demokratlardan olan heç bir prezidentliyə namizəd qalib gəlməyib. Son seçkidə isə Tramp orada 10 faiz üstünlüklə qalib gəlmişdi.
“AzPolitika.info”


Şərhlər