Menu

“Ədalətli qlobal nizamı mütləq quracağıq” - Ərdoğan

30.08.2024, 14:10
“Ədalətli qlobal nizamı mütləq quracağıq” - Ərdoğan

“Bu gün dünənkindən güclüyük, sabah daha da güclü olacağıq”.

“AzPolitika” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 Avqust Zəfər Bayramının 102-ci ildönümü ilə əlaqədar yayımladığı təbrik mesajında bildirib.

“Şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin qanı, millətimizin fədakarlığı sayəsində qazanılan Böyük Zəfər bu gün də bizə yol göstərir. Bizimlə eyni ideala sadiq olan dost və qardaşlarımızla birlikdə hər kəsin ədalətli təmsil olunduğu qlobal nizamı mütləq quracağıq. İstiqlal savaşı ilə məzlum xalqlara ilham verən Türkiyə həm də sülhün, ədalətin, əmin-amanlığın hökm sürdüyü bir dünyaya ev sahibliyi edəcək. Bu fikirlərlə Böyük Qələbənin baş komandanı Mustafa Kamal Atatürk və döyüş yoldaşlarını minnətdarlıq hissi ilə yad edir, müstəqilliyimizin əbədi keşiyində duran şəhidlərimizə Allahdan rəhmət diləyirəm”, - deyə Ərdoğan bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol