Menu

Bu ölkə Ukraynaya verdiyi silahların hücumlarda istifadəsinə qarşıdır - Müdafiə naziri açıqladı

31.08.2024, 13:52
Bu ölkə Ukraynaya verdiyi silahların hücumlarda istifadəsinə qarşıdır - Müdafiə naziri açıqladı

İspaniyanın müdafiə naziri Marqarita Robles Ukraynaya göndərdikləri silahların Rusiya ərazisində istifadəsinə icazə verməyəcəklərini bildirib.

"AzPolitika" xəbər verir ki, Robles dünən Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) müdafiə nazirlərinin toplantısından sonra mətbuata açıqlamalar verib.

"İspaniyanın Ukraynaya göndərdiyi silahlar müdafiə məqsədlidir. İspaniya digər ölkələrin qəbul etdiyi qərarlara və Ukraynanın mövqeyinə hörmət edir, lakin İspaniyanın göndərdiyi silahların Rusiya ərazisinə hücum üçün istifadəsindən söhbət gedə bilməz”, - deyə o, bildirib.

İspaniyanın müdafiə naziri Ukrayna əsgərlərinin öz ölkələrində təhsil almasına qarşı olduqlarını bir daha təkrarlayıb və ilin sonuna qədər təlim alacaq 6 min Ukrayna əsgərinin yalnız İspaniyada təhsil alacağını qeyd edib.

Digər tərəfdən İspaniya mətbuatı İspaniyanın qərarının Hollandiya və Estoniya kimi digər Aİ ölkələrinin münasibəti ilə ziddiyyət təşkil etdiyini yazıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol