Menu

Bu gün Azərbaycanda səsvermə günüdür

01.09.2024, 00:03
Bu gün Azərbaycanda səsvermə günüdür

Bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə günüdür.

“Report” xəbər verir ki, seçkilər ölkə ərazisində formalaşdırılmış 125 seçki dairəsinin ərazisində keçiriləcək.

Parlament seçkiləri üçün seçki məntəqələri sentyabrın 1-i səhər saat 8:00-da açılır və səsvermə 19:00-a qədər davam edəcək.

Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır.

Qeyd edək ki, Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. Respublika üzrə ümumilikdə 6 min 478 seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Şərhlər

Ramix 2024-09-01 00:41:33

Hansı səsvermədən söhbət gedir. Bizdə həmişə antidemoktatik seçki olub. Xalqın səsin elə boğublar ki, heç səsidə çıxmır. Bu gün deputatların hökümət tərəfindən təyinetmə günüdür.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol