Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov heç kimin seçicilərin hüquqlarını pozmağa ixtiyarı olmadığını bəyan edib.
"Report"un məlumatına görə, M.Pənahov seçkinin əsas mərkəzində seçicinin dayandığını bəyan edib:
"Seçkinin əsas mərkəzində seçici dayanır. Ona görə heç kim onların hüquqlarına zidd hansısa addım ata bilməz".
O bildirib ki, gün ərzində beş dəfə səsvermənin gedişi və seçici fəallığı barədə məlumat veriləcək, bu saatlar, 10:00; 12:00; 15:00; 17:00 və 19:00 olacaq.


Şərhlər
Məzagir o qədər günahlar edib ki,Allah niyə bunu cəzalandırmır?
MSK-dan başqa!Ay Məzahir,nəticəsi seçkidən qabaq məlum olan seçkidən danışmaq ayıb deyil?Heç olmasa sakit otur.
Bu nə danlşır özüdə bilmir. Seçici kimdirki onun səsi nəzərə alınsın. Təyin olunmuş deputatların diyahısı buna 2 ay əvvəl verilib.