Menu

İrəvan və Tbilisi arasında hərbi danışıqlar – Nazirlər Gürcüstan paytaxtında bir araya gəldi

02.09.2024, 13:24
İrəvan və Tbilisi arasında hərbi danışıqlar – Nazirlər Gürcüstan paytaxtında bir araya gəldi

Ermənistan və Gürcüstanın müdafiə nazirləri Suren Papikyan və İrakli Çikovani arasında görüş keçirilib.

“AzPolitika” xəbər verir ki, görüşdə müdafiə və regional təhlükəsizlik sahəsində Ermənistan - Gürcüstan əməkdaşlığı ilə bağlı məsələlər müzakirə edilib.

Müdafiə Nazirliyinin məlumatına görə, tərəflər ikitərəfli müdafiə əməkdaşlığının daha da genişləndirilməsi və müxtəlif qrupların qarşılıqlı səfərləri vasitəsilə yeni sahələrin daxil edilməsi imkanlarının öyrənilməsinə dair razılıq əldə ediblər.

Papikyan və Çikovani regionda uzunmüddətli və sabit sülhün bərqərar olmasının vacibliyini vurğulayıblar.

Xatırladaq ki, Ermənistanın müdafiə naziri Suren Papikyan gürcü həmkarının dəvəti ilə sentyabrın 1-də Gürcüstana rəsmi səfərə gedib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol