Menu

Mehriban Əliyeva Səid Nəcəfzadəni təbrik edib

02.09.2024, 14:54
Mehriban Əliyeva Səid Nəcəfzadəni təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva paraatlet Səid Nəcəfzadəni təbrik edib.

Mehriban Əliyeva bu barədə instaqram hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Paraatlet Səid Nəcəfzadəni “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edirəm! Peşəkarlıq və qətiyyət nümayiş etdirən idmançımız Azərbaycan azarkeşlərinin ümidlərini doğrultdu! Çempionu səmimi-qəlbdən təbrik edir, ona yeni nailiyyətlər arzulayıram!".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol