Bunu Qaynarinfo-ya ekoloq Xosrov Musayev səhər saatlarında Bakını toz bürüməsi ilə bağlı danışarkən deyib.
Ekoloq bu sahədə hər hansı bir addımın atılmadığını diqqətə çatdırıb: "Bu tez-tez Bakıda təkrarlanan hadisədir. Bunun bir izahı olmalıdır. Şəhərin içərisində müəyyən problemlər yaradır, görüntünü məhdudlaşdırır. Bəlkə bunu kənardan külək gətirir? Havanın, suyun sərhədi yoxdur. Hər hansı bir ölkənin havasının çirklənməsi digər ölkənin ərazilərinə keçə bilər. Bunun qarşısını almaq qeyri-mümkündür".

Xosrov Musayev vurğulayıb ki, bütün bunlar atmosferin çirklənməsinə səbəb olur: "Ola bilər ki, bir az aralıda olan sənaye müəssisələridir, külək vasitəsi ilə şəhəri bürüyüb. Tozun tərkibindən nümunə götürülməlidir. Havanın özünü də müəyyən etmək üçün müxtəlif tədqiqat üsulları var”.


Şərhlər