İsveçrə 33 illik fasilədən sonra İraqdakı səfirliyini yenidən açıb. İsveçrə Federal Şurası, “Yaxın Şərq və Şimali Afrika (MENA) 2021-24 strategiyası” çərçivəsində həyata keçirilən bu addımın İraqla ikitərəfli münasibətləri gücləndirmək və iqtisadiyyat, təhlükəsizlik və miqrasiya sahəsində əməkdaşlığı dərinləşdirmək məqsədi daşıdığını söyləyib.
Şura əlavə edib ki, son illərdə İraqda təhlükəsizlik vəziyyəti xeyli yaxşılaşıb və ölkə iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyub.
İraq regionda sülh və təhlükəsizliyin bərqərar olması üçün davamlı səylər göstərir.
İsveçrə Federal Şurasının məlumatına görə, hazırda Bağdadda Avstriya, Fransa, İtaliya və Almaniya da daxil olmaqla 50-dən çox ölkənin səfirliyi var. Şuradan bildirilib ki, yeni səfirliyin fəaliyyəti İsveçrə ilə İraq arasında münasibətlərin möhkəmləndirilməsinə, iqtisadiyyat, təhlükəsizlik və sülhün qorunması sahəsində əməkdaşlığın genişləndirilməsinə və İsveçrənin maraqlarının təbliğinə yönəldiləcək.
“AzPolitika.info”


Şərhlər