Menu

Rusiyada alim “vətənə xəyanət”ə görə həbs edildi - Raketlərin hazırlanmasında iştirak edib

03.09.2024, 18:13
Rusiyada alim “vətənə xəyanət”ə görə həbs edildi - Raketlərin hazırlanmasında iştirak edib

Rusiya Elmlər Akademiyasının Sibir Nəzəri və Tətbiqi Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru Aleksandr Şiplyuk 15 il müddətinə azadlıqdan məhrum edilib.

“AzPolitika” xəbər verir ki, “İnterfaks”-ın yaydığı məlumata görə, bu alim 10 il ərzində Rusiyanın hipersəs raketlərinin hazırlanması və dizaynı ilə məşğul olub.

Qeyd olunur ki, Şiplyuk Çində keçirilən konfransların birində məxfi məlumatları xarici kəşfiyyata ötürməkdə günahlandırılaraq, vətənə xəyanətdə ittiham olunub. Alimin oğlu deyib ki, atası özünü təqsirli bilmir və ittihamları qəbul etmir. O da qeyd olunur ki, Şiplyuk son vaxtlarda vətənə xəyanətdə ittiham olunan və raket hazırlanmasında iştirak edən dördüncü alimdir.

“AzPolitika.info” 


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol