Menu

Misir Prezidenti Türkiyədə səfərdədir

04.09.2024, 14:30
Misir Prezidenti Türkiyədə səfərdədir

Misir Prezidenti Əbdülfəttah əs-Sisinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya rəsmi səfəri başlayıb.

"AzPolitika" xəbər verir ki, Sisi Ankara Esenboğa hava limanında prezident Ərdoğan tərəfindən qarşılanıb.

Bu, 12 ildən sonra Misirdən Türkiyəyə ilk prezident səfəri kimi diqqət çəkir.

Ankara Esenboğa hava limanında Ərdoğan tərəfindən qarşılanan Sisi üçün Sarayda rəsmi mərasim təşkil ediləcək.

Qeyd edək ki, İki liderin görüşündə Qəzzadakı münaqişə və sülh səylərinin müzakirə olunacağı, həmçinin Türkiyə-Misir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclasının keçiriləcəyi bildirilib.

Eyni zamanda bir sıra sazişlərin imzalanacağı gözlənilir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol