REAL partiyası növbədənkənar parlament seçkilərində qalib olmuş namizədi Erkin Qədirlinin dairəsindəki nəticələrdən narazıdır.
"AzPolitika" xəbər verir ki, bu barədə partiyanın sosial şəbəkə hesabından paylaşım edilib.
Sözügedən paylaşımda bildirilir ki, partiya 6 məntəqənin nəticələrinin ləğvini tələb edir.
"1 sentyabr 2024-cü il tarixində keçirilmiş növbədənkənar parlament seçkilərinin ilkin protokollarına əsasən 16 Saylı Yasamal İkinci Seçki Dairəsində lider namizəd olan Qədirli Erkin Toğrul oğlu qalib elan olunduğu 6 məntəqənin nəticələrinin ləğvi üçün Dairə Seçki Komissiyasına bugün şikayət ərizəsi ilə müraciət etdi. Şikayət olunan məntəqələrədə seçici aktivliyini süni formada artırmaq məqsədilə səs vermiş seçicilərin sayı olduğundan artıq göstərilib",- deyə partiydan bildirilib.
Qeyd edək ki, 16 saylı Yasamal ikinci seçki dairəsində mübarizə aparan E. Qədirli 6 498 səs (49,4 faiz) toplayıb.
"AzPolitika.info"


Şərhlər
Əgər bu seçilən deputatlar 6500 000 seçicinin olduğu halda bunun 37 faizdn aşağısının səsini ala bilibsə o zaman onlar hansı hüquqla 6500 000 seçicini təmsil edə bilərlər?Bu sadə məntiqi anlamaq o qədər də çətin eyil.Odur ki,seçki nəticələri ləğv edilməlidir.Bu seçki legitim sayıla bilməz!