Menu

Qazaxıstanda Milli Qvardiyanın baş komandan müavini rüşvət ittihamı ilə tutulub

04.09.2024, 19:00
Qazaxıstanda Milli Qvardiyanın baş komandan müavini rüşvət ittihamı ilə tutulub

Qazaxıstanda Milli Qvardiyanın baş komandan müavini, general-mayor Konstantin Voronkin rüşvət almaqda təqsirləndirilir.

APA-nın “zakon.kz”ya istinadən xəbərinə görə, ölkənin Daxili İşlər Nazirliyi bu barədə məlumatı təsdiqləyib.

Qurumdan bildirilib ki, törətdiyi ehtimal olunan cinayət hadisəsi 2023-cü ildə baş verib.

Nazirlik, həmçinin K. Voronkinin saxlanıldığını və faktın ölkənin hüquq-mühafizə orqanlarının birgə istintaq qrupu tərəfindən araşdırıldığını açıqlayıb.

Şərhlər

Elməddin 2024-09-04 21:57:55

Bunlarda Azərbaycansayağı tuturlar. Rəhbər qalır qıraqda müavin yada şöbə müdiri həbs edilir. Rəis göstəriş vermirsə kimi hünəridir rüşvət alsın.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol