Avropa Şurasının baş katibi Torbyorn Yaqland jurnalist Xədicə İsmayılın dərhal azadlığa buraxılmasına çağırıb.
T.Yaqland 9 oktyabr tarixli bəyanatında onun barəsində iki aylıq həbs- qətimkan tədbirinin seçilməsindən narahat olduğunu bildirib. “Onun həbsi lazımsız idi. Bu, Azərbaycanda vətəndaş cəmiyyətinə, bir çox beynəlxalq ictimaiyyətə mənfi mesaj göndərir. Bu, Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin necə ağır şəraitdə olduğunu göstərir və Azərbaycanın üzərinə götürdüyü öhdəliklərinə ziddir.
Mən Xədicə İsmayılovın və Avropa Şurasının Azərbaycandakı digər partnyorlarının dərhal azadlığa buraxılmasına çağırıram”, - bəyanatda deyilir

«Xədicəylə oktyabrda Bakıda görüşdüm, əzmkarlığının və son vaxtlar həbs olunan fəalların müdafiəsinə verdiyi müsbət töhfənin şahidi oldum. Həbsindən bir neçə saat əvvəl Ofisimlə əlaqə saxlayıb, bir jurnalist həmkarının məsələsini müzakirə edib», - Muiznieks deyir.
«Azərbaycan hakimiyyəti insan haqlarına təzyiqlərə son qoymalı, fikirlərinə görə barmaqlıqlar arxasına atılanların hamısını azad etməlidir», - insan haqları komissarı bəyanatını belə tamamlayır.


Şərhlər