Menu

"Xədicə İsmayılın həbsi qisasçılıq cəhdidir"- "Siyasi Məhbuslarsız Azərbaycan” Alyansı

09.12.2014, 16:34
"Xədicə İsmayılın həbsi qisasçılıq cəhdidir"- "Siyasi Məhbuslarsız Azərbaycan” Alyansı

"Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansı hakimiyyətdən Xədicə İsmayıla daxil olmaqla şərləyib qondarma ittihamlarla həbsə atdığı bütün siyasi məhbusları dərhal və qeyd- şərtsiz azadlığa buraxmağı, vətəndaş cəmiyyəti fəallarına qarşı yürütdüyü repressiyaları dayandırmağı tələb edir. Bu barəbə qurumun araşdırmaçı- jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın həbsi ilə bağlı bəyanatında deyilir.

Sənəddə deyilir ki, hakimiyyətin təqib və təzyiqləri ilə üzləşən jurnalistin şərlənərək həbs edilməsi onunla bağlı aparılan siyasətin məntiqi nəticəsi və qisasçılıq cəhdi hesab olunmalıdır. “Çünki hakimiyyət neçə vaxtdır ki, onun fəaliyyətini məhdudlaşdırmaq özünü isə tam neytrallaşdırmaq üçün müxtəlif üsullara əl atır, inhisarında olan təbliğat ruporlarından, idarə etdiyi ictimai- siyasi “fəallar”dan onun həbsi üçün istifadə edir, bu istiqamətdə ictimai və hüquqi zəmin hazırlayırdı. Onu gah vətənə xəyanətdə, gah dövlət sirrini yaymaqda, mövzu qıtlığı olanda isə ermənipərəstlikdə ittiham edirdi. Bütün bunlara baxmayaraq, araşdırma yazılarından və mübarizəsindən geri çəkilməyən Xədicə İsmayılovın şəxsi həyatına müdaxilə edən hakimiyyət onu təhdid və şantaj etməkdən də çəkinmədi”.

Bəyanatda deyilir ki, X.İsmayıl həm də güclü bloger, vətəndaş cəmiyyətinin fəal nümayəndəsidir. “O, ölkədə baş verən önəmli ictimai- siyasi hadisələrə müstəqil vətəndaş mövqeyi göstərir, hakimiyyyətin öz yandaşları vasitəsi ilə vətəndaş cəmiyyətinə qarşı aparılan repressiyaların durdurulması və ifşa olunması üçün cəsarətli çıxışları və bloger yazıları ilə diqqəti cəlb edir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol