Menu

Avropa Komissiyasının vitse-prezidenti İrəvana gedib

09.09.2024, 13:56
Avropa Komissiyasının vitse-prezidenti İrəvana gedib

Avropa Komissiyasının (AK) vitse-prezidenti Marqaritis Şinas İrəvana gedib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə məlumatı Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos açıqlayıb.

Onun sözlərinə görə, AK-nın vitse-prezidenti Ermənistan prezidenti Vaaqn Xaçaturyan, baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla danışıqlar aparacaq. Danışıqlar zamanı Avropa-Ermənistan tərəfdaşlığının gücləndirilməsi, həmçinin Avropa və Ermənistan arasında viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqun başlanması məsələsi müzakirə olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol