Xəbər verildiyi kimi, Almaniya Kansleri Olaf Şolts Rusiya-Ukrayna müharibəsini bitirmək üçün müzakirələrə başlamağın vaxtının çatdığını bəyan edib.
“AzPolitika” xəbər verir ki, İtaliyanın “La Repubblica” nəşrinin yazdığına görə, Almaniya kansleri Rusiya-Ukrayna münaqişəsinin həlli üçün sülh planı hazırlayır.
Qəzet öz mənbələrinə istinadla iddia edir ki, Şoltsun “sülh planı” Ukraynanın Rusiyaya ərazi güzəştlərinə getməsini nəzədə tutur.
Məqalədə göstərilir ki, o, bununla da münaqişənin həllinə nail olub arixə “Sülh kansleri” kimi düşmək və mümkün istefadan yayınmaq istəyir:“Türingiya və Saksoniyadakı məğlubiyyətdən məyus olan O.Şolts sentyabrın 22-də Brandenburqda keçiriləcək səsvermədən sonra istefa təhlükəsi ilə üzləşə biləcəyini kifayət qədər yaxşı dərk edir. Buna görə də vəziyyətdən çıxış yolunu Ukrayna məsələsində barışdırıcı mövqe tutmaqda görür”.
Ancaq məlum olduğu kimi, Ukaryna cəmiyyəti və hazırkı hakimiyyət Rusiyaya hər hansı ərazi güzəştini qətiyyətlə rədd edir. Bunu həm Ukraynada keçirilən rəy sorğuları, həm də rəsmi Kiyevin bəyanatları göstərir.
“AzPolitika.info”.


Şərhlər