Banqladeş Müharibə Cinayətləri Məhkəməsi Hindistana qaçan sabiq baş nazirin Hasinanın ekstradisiyasını tələb edəcək.
“AzPolitika” xəbər verir ki, bunu Banqladeş Beynəlxalq Cinayətlər Tribunalının (İKT) Baş prokuroru Məhəmməd Tajul İslam jurnalistlərə açıqlamasında deyib.
Baş prokuror onu qırğınlar törətməkdə ittiham edir: “Əsas cinayətkar ölkədən qaçıb, biz onun geri qaytarılması üçün hüquqi prosedura başlayacağıq”.
Banqladeşdə həftələrdir davam edən tələbələrin rəhbərlik etdiyi nümayişlər keçən ay kütləvi etirazlara çevrilib. Hasina avqustun 5-də baş nazir vəzifəsindən istefa verib və vertolyotla köhnə müttəfiqi Hindistana qaçıb. Onun 15 illik hakimiyyətinə son qoyulub.
Banqladeş Beynəlxalq Cinayətlər Tribunalının (İKT) 2010-cu ildə Hasina tərəfindən 1971-ci ildə yaradılıb.
Hasinanın hökuməti geniş yayılmış insan haqları pozuntularında, o cümlədən siyasi rəqiblərinin kütləvi saxlanması və məhkəməsiz öldürülməsində ittiham olunur.
Baş prokuror deyib ki, Banqladeş 2013-cü ildə Şeyx Hasinanın hökuməti hakimiyyətdə olduğu müddətdə Hindistanla cinayətkarların ekstradisiyasına dair müqaviləyə malikdir: “Banqladeşdəki qətliamların əsas ittihamçısı olduğuna görə, məhkəmə qarşısına çıxmaq üçün onu qanuni olaraq Banqladeşə qaytarmağa çalışacağıq”.
76 yaşlı Hasina Banqladeşdən qaçdıqdan sonra ictimaiyyət arasında görünməyib. Onun son rəsmi yeri Hindistanın paytaxtı Yeni Dehli yaxınlığındakı hərbi hava bazasıdır. Onun Hindistanda olması Banqladeşi qəzəbləndirib.
Dəkkə onun diplomatik pasportunu ləğv edib və ölkələr arasında onun cinayət mühakiməsi üçün geri qayıtmasına icazə verən ikitərəfli ekstradisiya müqaviləsi var.
Müqavilənin bəndində deyilir ki, cinayət siyasi xarakterli olarsa, ekstradisiyadan imtina edilə bilər.
Üsyandan sonra vəzifəsini yerinə yetirən müvəqqəti lider, Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus keçən həftə Hasina ilə bağlı açıqlama verib. 84 yaşlı Yunus, "Press Trust of India" xəbər agentliyinə açıqlamasında deyib ki, Hindistan onu Banqladeşə geri verən qədər Hasina susmalıdır.
Birləşmiş Millətlər Təşkilatının ilkin hesabatına görə, Hasinanın devrilməsindən əvvəlki həftələrdə 600-dən çox adam öldürülüb . Ancaq ölənlərin sayının daha çox olduğu ehtimal edilir.
SƏMLA
"AzPolitika.info"


Şərhlər